• $
  • €
  • ₽
  • ₺
  • £

"Azercell"in növbəti ESG tədbiri baş tutub

"Azercell"in növbəti ESG tədbiri baş tutub
11.06.2024 18:12
Lider mobil operator ESG (ətraf mühit, sosial və idarəetmə) mövzusunda növbəti tədbirini uğurla həyata keçirib. "Dayanıqlı İnkişaf: Çağırışlar və Həll Yolları” adlı tədbirdə mövzunu müzakirə etmək üçün sənaye ekspertləri, dövlət qurumları, biznes və QHT nümayəndələri bir araya gəlib.
 
BMT-nin Azərbaycandakı Rezident Əlaqələndirici Ofisinin rəhbəri Kanako Mabuçi "Azərbaycanda dayanıqlı inkişaf məqsədlərinin və mövcud vəziyyəti” mövzusunda çıxış edərək bildirdi ki, BMT-in Davamlı İnkişaf Məqsədlərinə çatmaqda əsas vasitələrdən biri olan mobil əlaqə icmaların inkişafına böyük təsir göstərir:” Onu da qeyd edim ki, telekommunikasiya sektorunun iştirakçıları texnologiyanın ən həssas təbəqələr üçün əlçatanlığını artıraraq davamlı inkişafa daha çox töhfə verə bilər. Məsələn, son yeddi il ərzində qlobal miqyasda 2 milyarddan çox insan mobil telefonlar vasitəsilə internetə çıxış əldə edib. Bu da öz növbəsində rəqəmsal uçurumu azaltmağa və insanların informasiya resurslarına çıxışını daha da asanlaşdırıb”.
 
Tədbir çərçivəsində keçirilən paneldə millət vəkili, BMT-nin İqlim Dəyişikliyi üzrə Yüksək Səviyyəli Çempionu Nigar Arpadarai, BMT-nin Qlobal Sazişinin ölkə üzrə rəhbəri Samir Məmmədov və Azercell-in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva müzakirələr apardılar. 
 
Nigar Arpadarai çıxışında beynəlxalq ESG tendensiyaları, dayanıqlı inkişafın cari vəziyyəti və qlobal perspektivləri haqqında fikirlərini paylaşıb. 
 
Samir Məmmədov isə Azərbaycanda dayanıqlılıq təşəbbüslərini inkişaf etdirmək üçün dövlət və özəl sektor arasında əməkdaşlıq imkanlarından və yerli bizneslərin ESG-yə yanaşmasından danışıb.    
 
"Azercell"in Hüquq, Etika və Komplayens üzrə Baş Direktoru Şirin Əliyeva lider mobil operatorun ESG hesabatını tədbir iştirakçılarına təqdim edərək, şirkətin davamlı inkişaf sahəsində fəaliyyəti haqqında ətraflı məlumat verib. Baş direktor qeyd edib ki, "Azercell"in ESG hesabatı mobil operatorun "Bağlantını asanlaşdırır, həyatı daha dolğun edirik” strateji məqsədinin əsasını təşkil edən şəffaflıq və dayanıqlı  inkişaf məsələlərində Azercell-in tərəfdaşlar qarşısında məsuliyyətinin sübutudur.
 

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol