Taxıl sahələrinin 13 %-də biçin başa çatıb

Azərbaycanda payızlıq əkin sahələrinin 13 %-də biçin başa çatıb. Bu barədə Kənd Təsərrüfatı Nazirliyindən məlumat verilib.
Bu günə qədər 131 814 hektar sahədə biçin aparılıb. Sahələrdən 373 897 ton arpa, 7905 ton buğda yığılıb. Arpa sahələrinin 31 %-də, buğda sahələrinin isə 0,4 %-də biçin yekunlaşıb. Hazırda orta məhsuldarlıq arpa üzrə 28.9 sentner, buğda üzrə isə 31.8 sentner təşkil edir.
İyunun 11-də respublika üzrə biçin prosesində 1203 kombayn iştirak edib. Bunlardan 674 kombayn fiziki və hüquqi şəxslərin özəl mülkiyyətində olan kombaynlardır. "Aqroservis” ASC taxıl biçininə 529 kombayn cəlb edib.
"Aqroservis”in kombaynları dislokasiya planı üzrə ilkin mərhələdə 5 hektaradək olan kiçik sahələrdə biçin aparır. Sosial biçin prosesi növbəlilik prinsipi əsasında həyata keçirilir.
Ötən il ölkə ərazisində 1 058 398,9 hektar taxıl sahəsi əkilib ki, bunun 658 383,7 hektarı buğda, 400 015,2 hektarı isə arpa sahəsidir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























