Cəbrayılın Şükürbəyli kəndində yeni evlər neçəyə başa gələcək? - Məbləğ

Cəbrayılın 1042 ailəlik (birinci mərhələdə - 635 ailəlik) Şükürbəyli kənd yaşayış məntəqəsinin salınması ilə əlaqədar 85 birmərtəbəli fərdi yaşayış evlərinin tikintisinə 13.506.950,62 AZN vəsait xərclənəcək. Bu barədə tenderlərlə bağlı rəsmi elan saytında məlumat paylaşılıb.
Tenderin qalibi "MİNERA" MMC-dir.
2026-cı ilə qədər Cəbrayılın Böyük Mərcanlı, Kaxulu, Sarıcallı və Maşanlı kəndlərinə ümumilikdə 3193 nəfərin köçürülməsi planlaşdırılır.
2024-cü il üçün Qarabağın 5 rayonuna məcburi köçkünlərin 30 ildən sonra ilk dəfə qaytarılması nəzərdə tutulub.
Bundan öncə Şuşaya ilk köç baş tutub və 224 nəfər öz torpaqlarına köçürülüb.
Prezident İlham Əliyev bildirib ki, 2024-cü ilin sonuna qədər 20 min məcburi köçkün öz yurdlarına qayıdacaq.
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
Dekabrın 12-də Qarabağ iqtisadi rayonunun xüsusi nümayəndəsi Emin Hüseynov mətbuata bildirib ki, proqram çərçivəsində 2026-ci ilə qədər Qarabağa 16 min ailənin köçürülməsi planlaşdırlıb.
Cəbrayıl 1993-cü ildə Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal edilib, 2020-ci il sentyabrın 27-də Azərbaycan ordusunun antiterror tədbirlərindən sonra işğladan azad edilib.
Prezident İlham Əliyev mayın 18-də Cəbrayıl rayonunun Böyük Mərcanlı, Karxulu, Sarıcallı və Maşanlı kəndlərinin təməlini qoyub.
Gülnar Nazimqızı

www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib