Yasdan qayıdan nənə və nəvələrini maşın vurub,uşaqlardan biri ölüb - Yenilənib

Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan
verilən məlumata görə, iyunun 12-si saat saat 21 radələrində radələrində Lənkəran rayonu ərazisində S.Quliyev idarə etdiyi "Vaz 2105" markalı avtomobillə yol kənarında dayanmış "Vaz 21015" markalı avtomobilə vurduqdan sonra idarəetməni itirib və 3 nəfər piyadanı vurub.
Nəticədə 3 yaşlı Duyğu Məmmədli dünyasını dəyişib, M.Ağaliyeva və U.Məmmədli xəsarət alıblar.
Araşdırma aparılır.
23:30
Lənkəranda yas mərasimindən qayıdan nənə və azyaşlı nəvələrini maşın vurub və digər avtomobilə çırpılıb.
APA-nın məlumatına görə, hadisə axşam saatlarında Lənkəran rayonunun Yuxarı Nüvədi kəndi ərazisində baş verib.
Hərəkətdə olan minik avtomobili 2021-ci il təvəllüdlü D.M, 2019-cu il təvəllüdlü U.M və nənələri 1968-ci il təvəllüdlü Mərziyyə Fitat qızı Ağaliyevanı vurub.
Hər üç yaralı ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına çatdırılıblar.
3 yaşlı nəvənin vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.Həkimlərin səylərinə baxmayaraq, 3 yaşlı uşağın həyatını xilas etmək mümkün olmayıb.
Nənə və 5 yaşlı nəvənin müalicəsi davam etdirilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























