Velosipedlər üçün parklanma məntəqələri yaradıldı

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən velosipedlərin parklanması üçün dəmir konstruksiyaların quraşdırılması işlərinə başlanılıb.Bu barədə AYNA-dan xəbər verilib.
Artıq İstiqlaliyyət küçəsində və Azərbaycan prospektində parklanma yerləri yaradılıb və digər parklanma məntəqələrində də bu istiqamətdə mərhələli şəkildə işlər görülür.
Bundan əlavə, əsas cəlbetmə məntəqələrində, metro stansiyaların qarşısında, ticarət mərkəzlərində, Bulvar ərazisində bu formada dəmir konstruksiyaların quraşdırılması nəzərdə tutulub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























