Cəlilabadda su bəndində iki nəfər boğulub - Yenilənib

Cəlilabadda su bəndində boğulan iki nəfərin meyiti tapılıb.
APA xəbər verir ki, meyitlər bənddən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Boğulan şəxslərin Hamarqışlaq kənd sakinləri - 2008-ci il təvəllüdlü Nihat Aşurov və 2004 -cü il təvəllüdlü İbrahim Həsənov olduğu müəyyən edilib.
14.50
Cəlilabadda su bəndində iki nəfər boğulub.
APA-nın məlumatına görə, hadisə bu gün günorta saatlarında Cəlilabad rayonunun Hamarqışlaq kəndi ərazisində qeydə alınıb. Kənddə yerləşən su bəndində iki nəfərin çimərkən boğulduğu bildirilir. Hazırda onların axtarışları aparılır.
Fövqəladə Hallar Nazirliyindən bildirilib ki, "112" qaynar telefon xəttinə, Cəlilabad rayonu, Hamarqışlaq kəndində göldə 2 nəfərin batması barədə ilkin məlumat daxil olub.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























