Horadiz-Ağbənd dəmir yolunun tikintisi işlərinin 56 %-i tamamlanıb

Horadiz-Ağbənd dəmir yolunun tikintisi işlərinin 56 %-i tamamlanıb. "Azərbaycan Dəmir Yolları" QSC məlumat yayıb.
Bildiririlib ki, dəmir yolunda tikinti işləri sürətlə davam etdirilir.
"Azərbaycanın əsas hissəsini Naxçıvanla bağlayacaq Horadiz-Ağbənd dəmir yolu xətti boyunca irimiqyaslı körpülər də daxil olmaqla 500-ə yaxın mühəndis qurğusunun tikintisi həyata keçirilir", - məlumatda qeyd olunub.
Azərbaycan Prezidentinin 2021-ci ilin fevralın 15-də Füzuliyə səfəri zamanı Horadiz-Ağbənd dəmir yolu xəttinin təməli qoyulub.
Horadiz-Ağbənd dəmir yolu xəttinin Həkəri çayı üzərindən keçən hissəsində 13 aşırımlı və uzunluğu 418 metr olan Azərbaycanın ən uzun dəmir yolu körpüsü tikilir.
Layihə üzrə 9 stansiya (Horadiz, Mərcanlı, Mahmudlu, Soltanlı, Qumlaq, Həkəri, Mincivan, Bartaz, Ağbənd), 469 ədəd mühəndis qurğusu (41 ədəd körpü, 22 ədəd avtomobil keçidi, 3 ədəd tunel, 2 ədəd qalereya, 4 ədəd heyvan keçidi, 253 ədəd suötürücü boru və 144 ədəd ehtiyat keçidi), 70 ədəd yoldəyişən, 110,4 km rabitə və işarəvermə sisteminin inşası nəzərdə tutulub.
Ox üzrə uzunluğu 110,4 km olan dəmir yolu xəttinin 60 metr enində minatəmizləmə işləri tamamlanıb, genişlənmələr tələb olunan yerlərdə minatəmizləmə işləri davam edir.
Tikinti-quraşdırma işləri üç mərhələdə həyata keçirilir.
Aygün Mirakif
www.anews.az

Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib