Müdafiə ehtiyaclarının meyarları müəyyənləşib

Müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarları və onlarla bağlı satınalmaların keçirilməsi Qaydası təsdiq edilib.Bu barədə müvafiq qərarı Baş nazir Əli Əsədov imzalayıb.
Sənədə əsasən, bu Qayda "Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikası Qanununun 3.11-ci maddəsinə əsasən hazırlaıb və müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarının meyarlarını müəyyən edir, habelə bu məqsədlə alınan malların, işlərin və xidmətlərin satınalınmasının planlaşdırılması, təşkili və keçirilməsi ilə bağlı təşkilati və hüquqi məsələləri tənzimləyir.
Bu Qaydanın tələbləri müdafiə və ya dövlət təhlükəsizlik ehtiyaclarına aid malların, işlərin və xidmətlərin satınalınmasını həyata keçirən dövlət orqanlarına (qurumlarına) şamil edilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























