Güclü külək Qərb bölgəsində fəsadlar törədib - Video

Hazırda Gəncə şəhərində güclü külək müşahidə olunur.
"Qafqazinfo” xəbər verir ki, küləyin yaratdığı fəsadlar bir sıra çətinliklərə yol açıb..
Belə ki, şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
İlkin məlumata görə, qeyri-sabit hava şəraiti nəticəsində şəhərin H. Əliyev prospektində iri gövdəli ağac avtomobilin üzərinə aşıb.
***
Qərb bölgəsində müşahidə olunan güclü külək Qazax və Ağstafada da ciddi fəsadlara yol açıb.
Hər iki rayonda küləkli hava şəraiti evlərin dam örtüyü uçurub,bir çox ağacları kökündən çıxarıb. Hazırda sözügedən bölgədə küləkli hava şəraiti davam edir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























