Lənkəranda bazarda baş verən yanğın söndürülüb - FHN - Video

Lənkəranda bazarda baş verən yanğın söndürülüb. Bu barədə Fövqəladə Hallar Nazirliyi Lənkəran şəhərində baş verən yanğınla bağlı məlumat yayıb.
"Lənkəran şəhərində ümumi sahəsi 250 kvadratmetr olan bir mərtəbəli mağazanın dam örtüyünün yanar konstruksiyaları 200 kvadratmetr sahədə və içərisində qismən ərzaq malları yanıb.
Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb", - məlumatda qeyd olunub.
***
Lənkəranda bazar yanır. Bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.
Yanğın mərkəzi bazarın daxilində fəaliyyət göstərən marketlərdən birində başlayıb.
Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürmə briqadaları cəlb edilib.
Hazırda yanğının qarşısının alınması istiqamətində işlər görülür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























