Ermənistan Fələstini müstəqil dövlət kimi tanıdı

Ermənistan Fələstini müstəqil dövlət kimi tanıyıb. Bununla bağlı Ermənistan Xarici İşlər Nazirliyi bəyanat yayıb.
"Müxtəlif beynəlxalq platformalarda Ermənistan həmişə Fələstin probleminin sülh yolu ilə və hərtərəfli həllini müdafiə edib və İsrail-Fələstin münaqişəsinin həllinin "iki dövlət” prinsipini dəstəkləyib. Biz əminik ki, bu, fələstinlilərin və israillilərin qanuni istəklərini həyata keçirə bilməsini təmin etməyin yeganə yoludur. Yuxarıda göstərilənlərə əsaslanaraq və beynəlxalq hüquqa və xalqların bərabərliyi, suverenliyi və dinc yanaşı yaşaması prinsiplərinə sadiqliyini bir daha təsdiq edərək, Ermənistan Fələstin Dövlətini tanıyır”, - bəyanatda deyilir.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























