Ermənistan səfiri İsrail XİN-ə çağırılıb

Ermənistanın Fələstin dövlətini rəsmən tanıdığını elan etməsi səbəbilə Ermənistanın İsraildəki səfiri Arman Akopyan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb. Bu barədə TASS məlumat yayıb.
BMT Baş Assambleyası Fələstin ərazisinin ayrı-ayrı yəhudi və ərəb dövlətlərinə bölünməsinə, Yerusəlimin (Qüds) qurumun nəzarəti altında xüsusi statusa malik ayrıca bir şəhərə çevrilməsinə səs verib. Bunu İsrail qəbul etsə də, bəzi ərəb ölkələri ona qarşı çıxıb. Nəticədə tərəflər arasında münaqişə yaranıb.
Sonradan bəzi ərəb ölkələri də, BMT kimi, İsraili müstəqil dövlət kimi tanıyıblar.
Fələstin hazırda BMT-də müşahidəçi statusuna malikdir.
Aytac
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























