• $
  • €
  • ₽
  • ₺
  • £

Hesablama Palatası G20 ölkələrinin Ali Audit Orqanlarının sammitində iştirak edib

Hesablama Palatası G20 ölkələrinin Ali Audit Orqanlarının sammitində iştirak edib
20.06.2024 15:37
Azərbaycan Respublikası Hesablama Palatasının sədr müavini Nəsir Sadıqovun rəhbərlik etdiyi nümayəndə heyəti 16-19 iyun tarixlərində Braziliyanın Belem şəhərində keçirilən Ali Audit Orqanlarının (AAO) 3-cü SAI20 Sammitində (SAI20) ev sahibliyini həyata keçirən ölkənin dəvəti əsasında iştirak edib.

Azərbaycan nümayəndə heyətinin də geniş təqdimatla çıxış etdiyi tədbirin yekununda Birgə Kommunike qəbul olunub. Bu sənəddə İqlim Maliyyəsi və Enerji Keçidləri, Aclıq və Yoxsulluqla Mübarizə ilə bağlı əsas məsələlər üzrə 20 AAO-nun kollektiv mövqeyi və tövsiyələri əksini tapıb.

Hesablama Palatasının sədr müavini Nəsir Sadıqov INTOSAI-ın və Braziliya Hesablama Məhkəməsinin prezidenti Bruno Dantasla görüşüb, qurumlar arasında əməkdaşlıq məsələləri müzakirə olunub. Görüş zamanı Bruno Dantas ölkəmizin COP29-a ev sahibliyi ilə bağlı təbriklərini çatdırıb və Bakıya səfərini səbrsizliklə gözlədiyini qeyd edərək gələn il COP30 tədbirinin məhz Belem şəhərində keçirilməsinin planlaşdırıldığını vurğulayıb.

Öz növbəsində Hesablama Palatasının sədr müavini Braziliya tərəfinə Hesablama Palatasını müxtəlif beynəlxalq təşkilatlarda dəstəklədiyinə görə təşəkkürünü çatdırıb və əlaqələrimizin inkişafının davam etdirilməsinin zəruriliyini bildirib.

Qeyd edək ki, dünyada nüfuzlu təşkilat olan SAI20 G20-yə üzv ölkələrin AAO-ları arasında əməkdaşlığın gücləndirilməsində həlledici rol oynayır, qlobal idarəçilikdə şəffaflıq, hesabatlılıq və effektivliyi təşviq etmək öhdəliyi daşıyır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol