• $
  • €
  • ₽
  • ₺
  • £

Təhsil naziri saxta diplomlardan danışdı

Təhsil naziri saxta diplomlardan danışdı
29.05.2020 08:31
"Saxta diplomlarla bağlı nazirliyin mövqeyi qəti və birmənalıdır. Bu hal təbii olaraq təhsil sistemində baş verməməlidir". ANS PRESS-in məlumatına görə, bunu jurnalistlərə açıqlamasında təhsil naziri Mikayıl Cabbarov deyib. Nazir saxta hər bir sənədin nəzəriyyədə saxtalaşdırıla biləcəyini deyib. "Əgər onu sənəd adlandırmaq olarsa". Onun sözlərinə görə, diplom və mülkiyyət hüququ haqqında şəhadətnamə birbaşa olaraq təhsil sisteminə aid deyil. Yəni bu müvafiq cinayət qanunvericiliyi ilə tənzimlənən məsələdir. Belə hallara tamamilə fərqli prizamadan baxılmalıdır. "Hansısa qanuni sənədin saxta sürəti çıxarılırsa, Təhsil Nazirliyi saxta diplom dedikdə bu kateqoriyanı nəzərdə tutur. Ona görə də belə hallarla rastlaşarkən hər bir dövlət orqanı kimi müvafiq dövlət orqanlarına təqdim edirik. Gələcəkdə də proses davam etdiriləcək. İkinci məsələ isə qanuni diplomların nəzəriyyədə qanunsuz yolla verilməsidir. Diplom öz özlüyündə qanuni olaraq sənəddir. Dövlət tərəfindən hazırlanır. Lakin onun verilməsində qanun pozuntuları baş verir. Bu hüququ olmayan insana sənədin verilməsi deməkdir. Birbaşa olaraq təhsil sistemində baş verən proseslərlə bağlıdır. Hər iki pozuntulara qarşı Təhsil Nazirliyinin mövqeyi birmənalıdır. Pozuntular aşkar edildiyi təqdirdə müvafiq tədbirlər görüləcək".Mikayıl Cabbarov kəsiri olan tələbələrin alt qruplarda dərs almaq üçün əlavə kredit ödəyəcəkləri ilə bağlı məsələyə də münasibət bildirib. Nazirin sözlərinə görə,BDU-da həmçinin də digər ali təhsil müəssisələrində təhsil krediti ilə bağlı məsələlər Nazirlər Kabinetinin və digər qanunvericilik aktlarına uyğun olaraq həyata keçiriləcək.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol