• $
  • €
  • ₽
  • ₺
  • £

"Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir

"Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir
22.06.2024 20:00
Dənizkənarı Milli Parkda Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı, Dənizkənarı Bulvar İdarəsinin dəstəyi ilə "Azərbaycanın milli parklarının tanıtımı” adlı tədbir keçirilir.

"Biomüxtəliflik - təbiətin harmoniyası” devizi altında keçirilən tədbirdə vətəndaşlar milli parkların tanıtımını əks etdirən stendləri gəzərək milli parklarımızla virtual tanışlıq imkanı əldə edirlər.

Nazirliyinin mətbuat katibi İradə İbrahimovanın sözlərinə görə, tədbirdə milli parklara aid videoçarxlar nümayiş etdirilir, həmçinin ziyarətçilərə milli parklarda asudə vaxtlarını necə maraqlı keçirə biləcəkləri haqqında məlumat verilir.

Həmçinin tədbirdə interaktiv zona da yaradılıb. Belə ki, həvəskar rəssamlar və könüllülər milli parklara aid rəsmlər çəkir, iştirakçılar arasında ekoviktorina, "Ekosfera” sosial-ekoloji mərkəz tərəfindən müxtəlif interaktiv oyunlar təşkil olunur. Qaliblər ekoçanta, ətraf mühitin mühafizəsinə aid kitab və milli parklara giriş bileti ilə mükafatlandırılacaq.

Ekoloji maarifləndirmə və kommunikasiya şöbəsinin müdiri Səyyarə Məmmədovanın sözlərinə görə, ölkəmiz zəngin flora və fauna aləmi ilə seçilir, milli parklarımız hər fəsil öz gözəlliyi ilə insanları cəlb edir:
"Bu cür gözəlliklərin daha çox insan tərəfindən bilinməsi, tanınması, milli parklara turizm imkanlarının yaranması ilə bağlı bu tədbir təşkil olunub”.
 
Bioloji Müxtəlifliyin Qorunması Xidmətinin rəisi Firudin Əliyev isə bildirib ki, Azərbaycanın milli parklarının tanıtımı ilə bağlı hər ay tədbirlərin keçirilməsi nəzərdə tutulur.

O qeyd edib ki, əsas məqsəd yerli və xarici turistlərin maarifləndirilməsi, milli parklara səfərlərinin təşkilinin artırılmasıdır.
www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol