Ağstafada toyda zəhərlənənlərin vəziyyəti açıqlanıb - Yenilənib

İyunun 22-si saat 19:07-dən başlayaraq Ağstafa Rayon Mərkəzi Xəstəxanasına zəhərlənmə şübhəsi ilə 46 nəfər (12 kişi cinsli, 28 qadın cinsli, 6 uşaq olmaqla) müraciət edib.Bu barədə TƏBİB-dən bildirilib.
Onların hər birinə zəruri tibbi xidmət göstərilib. Xəstəxanaya müraciət edənlərdən 18 nəfəri evə buraxılıb, 28 nəfərin müalicəsi davam edir, vəziyyətləri qənaətbəxşdir.
08:46
Ağstafada toyda zəhərlənənlərin sayı 40 nəfəri ötüb.
"Report”un məlumatına görə, artıq 43 nəfər zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Zəhərlənənlərin içərisində bəy və gəlin də olub.
Onların qidadan zəhərləndiyi bildirilir.
00:26
Ağstafada toyda zəhərlənən şəxslərin sayı yenidən artıb.
"Report”un məlumatına görə, zəhərlənənlərin sayı 28 nəfərə çatıb.
Zəhərlənənlər:
A.Pirizadə (2009)
A.İbrahimova (2012)
T.Vəliyeva (1991)
A.Piriyeva (1970)
Ş.Mahmodova (2006)
Z.Mahmudova (2014)
H.Vəliyev (1951)
E.Həmidova (1991)
L.Əhmədova (2005)
H.Qələndərova (2008)
C.Bayramova (1985)
A.Bağırova (1972)
N.Bayramov (2004)
A.Vəliyeva (1981)
N.Məmmədova (2007)
M.Vəliyeva (1995)
S.Əhmədova (1985)
A.Pirizadə (2009)
A.Əhmədzadə (2014)
A.Vəliyeva (1979)
Z.İsmayılov (1985)
S.Məmmədli (1995)
N.Həsənov (2007)
N.Həsənov (2008)
İ.Hüseynov (1999)
S.Ələsgərova (1982)
S.Quliyev (2010)
K.Piriyev (1986)
23:17
Ağstafada toyda zəhərlənənlərin sayı artıb.
"Report”un məlumatına görə, toy mərasimində zəhərlənənlərin sayı 14 nəfərə çatıb.
22:17
Ağstafada toy mərasimində zəhərləndiyi deyilən şəxslərin kimliyi məlum olub.
Zəhərlənənlər:
2008-ci il təvəllüdlü N.Həsənov,
2010-cu il təvəllüdlü S.Quliyev,
1986-cı il təvəllüdlü K.Quliyeva,
1982-ci il təvəllüdlü S.Ələsgərova,
2007-ci il təvəllüdlü N.Həsənov,
1999-cu il təvəllüdlü İ.Hüseynov,
1995-ci il təvəllüdlü S.Məmmədlidir.
22:01
Ağstafa rayonunda kütləvi zəhərlənmə faktı qeydə alınıb.Bu barədə "Report" xəbər verib.
Zəhərlənmə diaqnozu ilə xəstəxanaya 11 nəfər müraciət edib.Onların rayon ərazisində keçirilən toy məclisində qidadan zəhərləndikləri ehtimal olunur.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























