Ağstafada toyda kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlanılıb

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən müvafiq qurumlarla birgə Ağstafa rayonunda fəaliyyət göstərən "İnci” şadlıq sarayında baş verən hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı dərhal araşdırmalara başlanılıb.Bu barədə Qida Təhlükəsizliyi Agentliyindən bildirilib.
İlkin araşdırmalar zamanı məlum olub ki, rayonun Aşağı Göycəli kənd sakini Piriyev Məkan Rafiq oğlunun təşkil etdiyi toy mərasimində məişət (ev) şəraitində müvafiq temperatur rejiminə riayət edilmədən hazırlanan müxtəlif qidalar şadlıq sarayında istehlaka təqdim olunub. Həmin qidalardan nümunələr götürülərək laborator analizlərə cəlb edilib.
Analizlərin nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək.
Hadisə ilə əlaqədar Ağstafa rayon Mərkəzi Xəstəxanasına müraciət edən şəxslərin hər birinə tibbi yardım göstərildikdən sonra evə buraxılıblar.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























