• $
  • €
  • ₽
  • ₺
  • £

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1300 nəfəri keçib

Həcc ziyarəti zamanı dünyasını dəyişən zəvvarların sayı 1300 nəfəri keçib
23.06.2024 23:25

Səudiyyə Ərəbistanında Həcc ziyarəti zamanı 1300 nəfərdən çox zəvvarın dünyasını dəyişdiyi bildirilir ki, onların yarısından çoxu Misir vətəndaşıdır.Bununla bağlı məlumatı krallığın səhiyyə naziri Fəhd bin Abdel Rəhman əl-Cələcil bildirib.

"Həcc zamanı ölənlərin sayı 1301 nəfərə çatıb, ölən zəvvarların 83%-nin müvafiq vizası olmayıb”, - deyə nazir "Əl-İxbariyyə” dövlət telekanalına müsahibəsi zamanı bildirib.

Həcc zamanı 672 misirli zəvvar dünyasını dəyişib və onlardan yalnız 31 nəfərində Səudiyyə Ərəbistanının müvafiq vizası olub. Qalanları isə zəvvar kimi qeydiyyata alınmayıb və qeyri-qanuni həcc ziyarəti ediblər.
Qeydiyyatdan keçməyən zəvvarlar kondisionerli istirahət obyektlərindən istifadə edə bilməyiblər və hüquq-mühafizə orqanlarının həcc vizalarını yoxladıqları nəzarət məntəqələrindən yayınaraq açıq günəş altında uzun gəzintilər etməyə məcbur olublar ki, ölümlərin sayının bu cür çox olmasının da səbəbi məhz elə bu olub.

Həmçinin hazırda 25-i Misir vətəndaşı olmaqla 100-ə yaxın adamın da itkin düşdüyü bildirilir.
www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol