• $
  • €
  • ₽
  • ₺
  • £

Hazırda Xankəndində yaşayan 3 min vətəndaş var - Rəsmi

Hazırda Xankəndində yaşayan 3 min vətəndaş var - Rəsmi
24.06.2024 10:41
Hazırda Xankəndində məskunlaşan 3 min şəxs var. Bu barədə Apa agentliyi Prezidentin xüsusi nümayəndəsi Elçin Yusubova istinadan yazıb. 
 
"Hazırda 3 mindən çox vətəndaş Xankəndidə məskunlaşıb. Onlar burada çalışan dövlət müəssisəsinin əməkdaşları və bizneslə bağlı çalışan işçilərdir. Xankəndidə hazırda 43 obyekt fəaliyyət göstərir. Obyektlərdə 322 nəfər hazırda işlə təmin edilib. Yaxın vaxtlarda daha 37 obyektin açılması nəzərdə tutulub. Qarabağ Universitetinin açılmasından sonra burada yaşayış sayının çoxalması və obyektlərin açılması nəzərdə tutulub", - Yusubov Xankəndi şəhərində keçirilən "Ətraf Mühitinin Gücləndirilməsində Maarifləndirmə və Hüquq Mühafizə Tədbirlərinin rolu” mövzusunda" Elmi-Praktiki Konfrans zamanı deyib.
 
Xankəndi 2023-cü il sentyabrın 19-20-də Qarabağda keçirilən lokal antiterror tədbirləri nəticəsində Azərbaycan Ordusunun nəzarəti altına keçib.
 
Xankəndi 1991-ci il dekabrın 26-da Ermənistan Silahlı Qüvvələri və Qarabağdakı erməni separatçıları tərəfindən işğal edildikdən sonra qondarma Dağlıq Qarabağ Respublikasının paytaxtı olub. 

2020-ci il noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən bura Rusiya sülhməramlılarının nəzarətinə keçib və sülhməramlı qüvvələrin mərkəzi qərargahı yerləşdirilib. 
 
Lokal antiterror tədbirləri nəticəsində sentyabrın 29-dan etibarədən şəhərdə Azərbaycan polisinin nəzarəti bərpa edilib. 

2023-cü il oktyabrın 15-də  Azərbaycan prezidenti İlham Əliyev Xankəndində  Dövlət Bayrağını qaldırıb.
 
Noyabrın 8-də  İkinci Qarabağ Müharibəsi qələbəsinə həsr olunmuş təntənəli hərbi parad keçirilib.
 
Qarabağın işğaldan azad olunmasından sonra 2023-2026-cı illəri əhatə edən "Böyük Qayıdış" Proqramı hazırlanıb.
 
Prezident İlham Əliyev 2023-cü il oktyabrın 10-da  Şuşada keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının Nazirlər Şurasının 27-ci iclasının iştirakçılarına ünvanladığı müraciətdə bildirib ki, yaxın üç ildə Qarabağa Qayıdış proqramı çərçivəsində 100 min əhalinin azad olunmuş ərazilərə köçürülməsi nəzərdə tutulub.
 
Xankəndinə ilkin mərhələdə 50 ailənin köçürülməsi planlaşdırılır. 
 
Gülnar 












www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol