Bakıdakı partlayışda xəsarət alanların kimliyi bilindi

Bu gün saat 10:00 radələrində Bakının Binəqədi rayonu, “Azadlıq prospekti” metro stansiyasının yaxınlığındakı kafedə baş verən partlayış zamanı 3 nəfər xəsarət alıb.
ANS PRESS-in məlumatına görə, partlayış nəticəsində ağır yaralanan 3 nəfər xəstəxanaya yerləşdirilib.Yaralılar 38 yaşlı Büllurə Budaqova, 53 yaşlı Hədiyyə İbadova və 24 yaşlı Tərlan Kazımovdur. Büllurə Budaqova və Hədiyyə İbadova Kiliniki Tibbi Mərkəzə yerləşdirilib. Digər yaralı isə 3 saylı xəstəxanaya yerləşdirilib.Qeyd edək ki, partlayış nəticəsində 13 saylı sərnişin avtobusunun bir yanı tamam dağılıb. Digər 148 saylı avtobusa da zərər dəyib. Partlayışdan sonra kafedə yanğın baş verdiyi də bildirilir. Hadisə yerinə çağırılan yanğınsöndürənlər alovun qarşısını ala bilib.İlkin ehtimala görə, partlayış qaz sızmasından baş verib. Faktla bağlı araşdırma aparılır.ANN.AzOxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























