• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan sərhədləri ən çox harada pozulur?

Azərbaycan sərhədləri ən çox harada pozulur?
13.02.2014 11:20
Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən 2014-cü ilin yanvar ayı ərzində dövlət sərhədini pozduqları üçün 28 halda 30 nəfər saxlanılıb. Onların 14 nəfəri Azərbaycan, 9-u Özbəkistan, 2-si İran İslam Respublikası, 2-si Rusiya, 1-i Gürcüstan, 1-i Türkiyə, 1-i isə Qana vətəndaşı olub.DSX-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sərhəd rejim qaydalarını pozarkən yaşıl sərhəddə 4 halda 9 nəfər, Xəzər dənizində 18 halda 24 nəfər saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.Cinayətkarlığa qarşı mübarizə tədbirləri nəticəsində Azərbaycan Respublikası hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 187 nəfər aşkarlanaraq aidiyyəti orqanlara təhvil verilib.Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə tədbirləri nəticəsində 16 halda 6 kiloqram 943 qram narkotik maddənin dövlət sərhədindən keçirilməsinin qarşısı alınıb.Qaçaqmalçılığa qarşı mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 54 halda ümumi dəyəri təqribən 368 min manat olan qaçaqmal, o cümlədən AKM üçün 1 ədəd daraq, 1 pnevmatik tapança, 8 ədəd 7,62 millimetrlik patron, 10 ədəd 16 millimetrlik patron, 0,3 kq barıt, 126 ədəd daraq çantası, 126 ədəd patron çantası, 6832 ədəd pirotexniki vasitə, 1 kater, 1 qayıq, 232 mobil telefon, 35770 qutu siqaret, 2500 litr dizel yanacağı, 11 baş iribuynyzlu qaramal, müxtəlif dərman preparatları, spirtli içki və sənaye malları saxlanılıb.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol