• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən tədris ilində Bakı məktəblərində 12 nəfər direktor vəzifəsinə təyin olunub

Ötən tədris ilində Bakı məktəblərində 12 nəfər direktor vəzifəsinə təyin olunub
25.06.2024 12:22
2023-2024-cü tədris ili ərzində BŞTİ-nin tabeliyində olan bir sıra ümumi təhsil müəssisələrinə 12 nəfər direktor vəzifəsinə təyin olunub, 2 direktorun iş yeri dəyişdirilib.  Bu barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsindən məlumat verilib.
 
Çalışmanın yaş həddinə çatmış 25 direktorla müddətli əmək müqaviləsi bağlanıb.
 
Ötən tədris ilində Bakıda məktəbəqədər təhsil müəssisələrinə müsabiqələrin müsahibə mərhələlərində uğur qazanmış 14 nəfər müdir, 128 nəfər isə tərbiyəçi müəllim vəzifəsinə işə qəbul hüququ qazanıb.

2023-2024-cü tədris ili üçün müəllimlərin işə qəbulu və yerdəyişməsi müsabiqəsinə BŞTİ tərəfindən 3 024 vakansiya təqdim olunub. Müsabiqələr nəticəsində tədris ili ərzində 2 769 nəfər işə qəbul olunub.

Bunlardan 1 227 nəfər müddətsiz müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 1 245 nəfər müddətli müqavilə ilə işə qəbul üzrə elektron yerləşdirmə prosesi nəticəsində, 297 nəfər isə müddətsiz müqavilə ilə işləyən müəllimlərin iş yerinin dəyişməsi prosesi nəticəsində işə qəbul olunub.

Həmçinin tədris ili ərzində ümumi təhsil müəssisələrində işə qəbul müsabiqəsi nəticəsində tutulmayan yerlər üzrə dərs saatlarının tədris edilməsi üçün digər məktəblərdən əvəzçilik qaydasında 494 ixtisaslı kadr dəvət edilib.
 
2022-ci ildə 32 olan özəl məktəblərin sayı 2023-cü ildə 34-ə yüksəlib.
 
Özəl məktəblərlərin sayı artsa da dövlət mülkiyyətində olan məktəblərin sayı azalıb. 2022-ci ildə 4 399 ədəd dövlət məktəbi olduğu halda, bu say 2023-cü ildə 4 388-ə düşüb. Bir il ərzində dövlət mülkiyyətində olan məktəblərin sayı 11 ədəd azalıb.
 
Özəl məktəblərin sayının artmasına şagird sayının artması səbəb olub. İlbəil özəl məktəblərdə təhsil alan şagirdlərin sayı artır. Bu məktəblərdə 2021-ci ildə 16,9 min şagird oxuduğu halda, 2022-ci ildə 20,1 min, 2023-cü ildə isə 23,5 min şagird oxuyub.

Azərbaycanda 654 məktəbin ya təmirə ya da yenidən tikilməsinə ehtiyac var.

Aytac Zeynalova

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol