• $
  • €
  • ₽
  • ₺
  • £

ETSN hava ilə bağlı çağırış edib

ETSN hava ilə bağlı çağırış edib
26.06.2024 14:32
Sinoptiklər tərəfindən əvvəlcədən verilən xəbərdarlıqlara görə bu gün və sabah səhər saatlarınadək ölkə ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Ölkənin bir sıra ərazilərində leysan yağışlar yağacağını, güclü külək əcəcəyini nəzərə alaraq, narıncı və sarı xəbərdarlıqlara əməl edilməsi tövsiyəsi ilə bir daha vətəndaşlara müraciət edirik. Hava haqqında Milli Hidrometeorologiya Xidmətinin əvvəlcədən açıqladığı məlumatlara, xüsusən xəbərdarlıqlarla bağlı çağırışlara diqqət yetirilməsini, gündəlik fəaliyyətdə mütləq şəkildə nəzərə alınmasını vacib bilirik.Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat katibi İradə İbrahimova müraciətində deyib.

"Sarı və narıncı xəbərdarlıq sərt hava dəyişkənliyindən xəbər verir, faktiki hava məlumatlarından da görünür ki, bəzi yerlərdə leysan yağış yağır, çaylardan sel keçir, güclü külək davam edir.
Buna görə də davamlı şəkildə açıqlanan xəbərdarlıq çağırışlarını ciddiyə almaq vacibdir. Verilən hava xəbərdarlıqları fəsadlardan qorunmaq üçündür”, - Nazirlik rəsmisi bildirib.

O qeyd edib ki, hər birimizin həyatı üçün gözlənilən təhlükə barədə daha geniş auditoriyanın əhatə olunması ilə   əhalinin məlumatlandırılması olduqca zəruridir:

"Bu, mümkün təhlükələrdən əvvəlcədən xəbər tutmağa, özümüzü və yaxınlarımızı qorumağa imkan yaradır”.

İradə İbrahimovanın sözlərinə görə, ardıcıl olaraq vətəndaşlarımızın hava durumu barədə məlumatlandırılması, xəbərdarlıqların verilməsinin də məqsədi budur:
"Odur ki, verilən hava məlumatlarını, xəbərdarlıqları izləməyi unutmayın, ciddiyə alın və ehtiyatı əldən verməyin. Bilməliyik ki, hər birimizin ehtiyatsızlığı fəlakətə səbəb ola bilər”.

Mətbuat katibi bildirib ki, verilən hava xəbərdarlıqları hər bir vətəndaşın daim diqqətində olmalı, bu həyəcanı hər kəs hiss etməli və maksimum dərəcədə ehtiyatlı olmalıdır.

www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol