STM-də “Qlobal çağırışlar və sosial elmlər” adlı dəyirmi masa keçirilib

Sosial Tədqiqatlar Mərkəzində 27 iyun 2024-cü ildə "Qlobal çağırışlar və sosial elmlər” mövzusunda dəyirmi masa keçirilib.
Tədbirdə STM-in idarə heyətinin sədri Zahid Oruc, millət vəkilləri Fazil Mustafa, Etibar Əliyev, Hikmət Məmmədov, Elşad Mirbəşiroğlu, Ceyhun Məmmədov, Elman Nəsirov, Bəhruz Məhərrəmov, AMEA-nın Fəlsəfə və Sosiologiya İnsitutunun direktoru İlham Məmmədzadə, ali məktəblərdən Bakı Dövlət Universitetinin Sosiologiya kafedrasının müdiri Rəfail Həsənov, ADMİU-nun Sosial-siyasi elmlər kafedrasının müdiri Xaləddin Sofiyev və digər aparıcı elm ocaqlarının nümayəndələri iştirak ediblər.
Giriş sözündə tədbirin moderatoru Etibar Məmmədov müasir dövrdə hər bir cəmiyyətin qlobal çağırışlar qarşısında strateji hədəflərini müəyyən etməli olduğunu söylədi. STM-nin idarə heyətinin və MM İnsan hüquqları komitəsinin sədri Zahid Oruc açılış nitqində qlobal çağırışlara cavab verərkən müasir elmi inkişafın vacibliyini vurğulayıb. O qeyd etdi ki, müasir dünyada getdikcə sürətlənən sosial dəyişikliklər son illərdə yeni mərhələyə qədəm qoyur. Bəşəriyyətin qlobal çağırışları geniş və çoxşaxəli olmaqla ekologiya, energetika, sosial təminat və müdafiə, demoqrafiya kimi uzunmüddətli strategiyalar tələb edən problemləri əhatə edir.
Millət vəkili Fazil Mustafa elmi-akademik və tətbiqi tədqiqatların əhatə dairəsinin genişləndirilməsi, maarifləndirmə yolu ilə cəmiyyətin sosial biliyinin artırılması və dünyanın gələcəyi naminə kollektiv məsuliyyətinin inkişaf etdirilməsini tələbindən söz açdı. Professor İlham Məmmədzadə müasir dövrdə sosial elmlərin metodoloji və ümumfəlsəfi aspektlərinə toxunub.
Tədbirdə Sosial Tədqiqatlar Mərkəzi tərəfindən tərcümə və nəşr edilən "Sosiologiyada əsas anlayışlar” (E.Giddens, F.Satton) kitabı təqdim edilib.
Azərbaycan dilində nəşrin redaktoru və tərcüməçilərindən biri, Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri Humay Axundzadə məruzəsində qeyd etdi ki, qlobal çağırışlar həm ictimai, həm də təbii prosesləri əhatə etsə də, bu problemlərin uzunmüddətli həlli yolları, fəsadlarının qarşısının alınması sosial elmlərin nailiyyətləri və potensialını tətbiq etməklə mümkündür.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























