• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda verilən güzəştli ipotekaların sayı açıqlanıb

Azərbaycanda verilən güzəştli ipotekaların sayı açıqlanıb
28.06.2024 12:24
2024-cü ilin əvvəlindən İpoteka və Kredit Zəmanət Fondunun (İKZF) xəttilə 225,4 milyon manat ipoteka krediti verilb. Bunu İKZF-nin İpoteka kreditləşməsi üzrə direktoru İlham Kələşov "AzTV” telekanalında yayımlanan "İqtisadiyyat xəbərləri” verilişində deyib.

O bildirib ki, bu da 2 489 ailənin mənzil şəraitini yaxşılaşdırmağa imkan verib.

Fondun xətti ilə indiyədək 50 300-dən çox ailə öz mənzil şəraitini yaxşılaşdırıb.
 
"Həmin şəxslərə verilən ipoteka kreditlərinin ümumi məbləği 3 milyard 100 milyon manat təşkil edir. Verilən kreditlərin 78 %-i Bakı şəhərinin payına düşüb. Bu vaxta qədər güzəştli ipotekadan 16 600 nəfər yararlanıb. Onlar 930 milyon manatadək güzəştli ipoteka ilə təmin ediliblər. Satma öhdəliyi ilə kirayə mənzil mexanizmindən istifadə edənlərin sayı isə 5 minə çatıb: "Bu mexanizm vasitəsilə mənzilə sahib olan şəxslərlə 4 725 kirayə müqaviləsi bağlanılıb”,- o bildirib

2023-cü ildə Azərbaycan banklarında ipoteka kreditlərinin həcmi 21.6 faiz və yaxud 3 milyard 629 milyon manat yüksəlib. 
 
İpoteka və Kredit Zəmanəti Fonduna ötən bir ildə dövlət büdcəsindən 87.7 milyon manat (illik müqayisədə: -8%) ayrılıb, fond özü daxili bazardan isə istiqraz buraxmaqla 450 borc (sabit) cəlb edə bilib.

İKZF banklara 492 milyon manatlıq yenidən maliyyələşmə krediti verdiyi halda, banklar özləri 461.4 milyon manat borc cəlb ediblər ki, ümumilikdə 953.3 manat ipoteka krediti anlamına gəlir.

 Mərkəzi Bank üçüncü rübdə ipoteka kreditlərinə, o cümlədən Azərbaycan İpoteka və Kredit Zəmanət Fondunun (AICGF) xətti ilə verilən belə kreditlərə tələbin bir qədər azaldığını qeyd edir. "Bankların hesablamalarına görə, dördüncü rübdə ipoteka kreditləri üzrə standart şərtlər yumşaldılacaq, lakin belə kreditlərə tələbatda ciddi dəyişikliklər gözlənilmir”, – Mərkəzi Bank qeyd edir.

Biznes kreditləşməsi ilə bağlı vəziyyətə gəlincə, banklar arasında aparılan sorğuya əsasən, üçüncü rübdə mikro biznes və kiçik və orta biznes üçün kreditləşmə şərtlərində yumşalma müşahidə olunub. Mərkəzi Bankın məlumatına görə, iyul-sentyabr aylarında kiçik, orta və mikro sahibkarlıq subyektlərinin biznes kreditlərinə tələbatında artım müşahidə olunub. "Banklar dördüncü rübdə iri biznesin kreditlərinə tələbin azalacağını, mikro biznes və KOM-ların kredit resurslarına tələbin artacağını gözləyirlər”, - Mərkəzi Bank vurğulayıb.
 
Aytac Zeynalova

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol