• $
  • €
  • ₽
  • ₺
  • £

"Bakcell" Şuşada yeni mağazasını təqdim edib

"Bakcell" Şuşada yeni mağazasını təqdim edib
28.06.2024 18:31

"Bakcell”in yeni brend kimliyinə uyğun innovativ mağazasının açılışı bu dəfə Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində baş tutub. Yeni açılmış Şuşa mağazası Laçın və Xankəndi filialları ilə birlikdə "Bakcell”in Qarabağ bölgəsindəki sayca 3-cü mağazasıdır.

"Hədəfimiz, yeni brend kimliyimizi təqdim edərkən abunəçilərimizə verdiyimiz vədə sadiq qalmaqdır. Odur ki, biz, bundan sonra da innovasiya və yeni məhsullarımızı Azərbaycanın hər bir bölgəsində, xüsusən də, Qarabağda təqdim edəcəyik. Məsələn, biz ötən ay abunəçilərimizə ölkədəki ən sürətli sabit ev internetini təqdim etdik. Yaxın günlərdə isə, Wifi üzərindən zəng xidmətini dəstəkləyən VoWifi və bir sıra yeni məhsulumuzu abunəçilərimizin ixtiyarına verməyi planlaşdırırıq” - deyə "Bakcell”in Baş İcraçı Direktoru Klaus Müller Şuşa mağazasının açılışı zamanı qeyd edib.

Şuşa şəhərinin İstiqlaliyyət küçəsində yerləşən yeni "Bakcell” mağazası ziyarətçilərə tam yeni brend təcrübəsi yaşadacaq bir məkandır. Burada abunəçilər ehtiyacları olan ənənəvi xidmətlərlə yanaşı, "Bakcell”in yeni xidmətləri, "high-tech” və "AI” dəstəkli məhsullar haqqında məlumat əldə edə bilərlər. Mağazada əməliyyatları keyfiyyətli şəkildə və sürətlə həyata keçirməyi təmin edən növbəli keçid sistemi və elektron guşə də yerləşdirilib.

"Bakcell” ötən il Qarabağ bölgəsində ən müasir səs texnologiyası olan VoLTE, eSİM və ölkənin ən sürətli mobil internet şəbəkəsini öz abunəçilərinin ixtiyarına verib. Həmçinin, regionda baza stansiyalarının sayını 120-dən yuxarıya çatdırıb.


www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol