• $
  • €
  • ₽
  • ₺
  • £

“Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub

“Azercell”in dəstəyi ilə növbəti “İnformatika kampı” baş tutub
29.06.2024 13:08
Azərbaycanı beynəlxalq fənn olimpiadalarında təmsil edəcək şagirdlərin müsabiqələrə hazırlıq prosesi intensiv şəkildə davam edir.Məktəblilərə dəstək olmaq məqsədilə "Azercell”, Elm və Təhsil Nazirliyi və Təhsil İnstitutunun əməkdaşlığı çərçivəsində müxtəlif hazırlıq proqramları təşkil olunur.

Bu dəfə təlimlər Avropa Qızlar İnformatika Olimpiadası (21-27 iyul, Niderland), Yeniyetmələrin Avropa İnformatika Olimpiadası (16-22 avqust, Moldova) və Beynəlxalq İnformatika Olimpiadasına (1-8 sentyabr, Misir) qatılmağa hazırlaşan məktəbliləri əhatə edib. Bir həftə davam edən "İnformatika kampı” İ. Əfəndiyev adına Elitar Gimnaziyada baş tutub.

Məşğələlərə Bakı ilə yanaşı, respublikanın müxtəlif bölgələrindən həm yuxarı yaş qrupuna aid olan 10-11-ci sinif şagirdləri, həm də aşağı yaş qrupunu təmsil edən 8-9-cu sinif şagirdləri qatılıb. Təlim çərçivəsində məktəblilər hər gün beynəlxalq olimpiada formatında təşkil olunan yarışlara qoşulub, eyni zamanda məsələlərin ətraflı izahı və yeni mövzuların müzakirəsi yer alan sessiyalarda iştirak ediblər.

2017-ci ildən etibarən məktəblilərimizin beynəlxalq fənn olimpiadalarına hazırlıq prosesi "Azercell Telekom” MMC-nin dəstəyi ilə həyata keçirilir. Bu müddət ərzində Azərbaycanın bölgə və paytaxt məktəblərində təhsil alan şagirdlərimiz fərqli yaş qrupları üzrə müxtəlif miqyaslı proqramlaşdırma müsabiqələrində ümumilikdə 70 medal qazanıblar.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol