• $
  • €
  • ₽
  • ₺
  • £

Qazidən pul istəyən həkim işdən çıxarılıb

Qazidən pul istəyən həkim işdən çıxarılıb
29.06.2024 13:16
Bir müddət əvvəl sosial şəbəkələrdə Lökbatan Tibb Mərkəzinin tərkibindəki 4 saylı doğum evində qızı dünyaya gələn atadan "şirinlik” tələb olunması ilə bağlı görüntülər yayılmışdı. Görüntüdəki şəxs "şirinlik” məbləği az olduğu üçün ataya etirazını bildirirdi.

Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo”ya bildirilib ki, sözügedən görüntülərdə əks olunan hadisə ilə bağlı TƏBİB tərəfindən geniş araşdırma aparılaraq müvafiq inzibati tədbirlər görülüb.

Araşdırmanın yekun nəticələrinə əsasən, Lökbatan Tibb Mərkəzinin tabeliyində fəaliyyət göstərən 4 nömrəli Doğum evinin Doğum şöbəsinin həkim-mama-ginekoloqu Məmmədova Sevinc Malik qızının əmək müqaviləsinə 27.06.2024-cü il tarixində xitam verilib. 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun sədrliyi ilə tabeli tibb müəssisələrinin rəhbər şəxslərinin iştirakı ilə keçirilən geniştərkibli müşavirədə sözügedən müəssisə rəhbərinə neqativ hallarla mübarizə ilə bağlı ciddi tapşırıqlar verilib.

19.06.2024-cü il tarixində saat 11:05 radələrində 2005-ci il təvəllüdlü şəxs doğuş icrası üçün 4 saylı Doğum evinə müraciət edib. Doğum şöbəsinin həkimi mama-ginekoloqu Sevinc Məmmədovanın iştirakı ilə saat 13:30 radələrində pasiyentin qız övladı dünyaya gəlib.


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol