• $
  • €
  • ₽
  • ₺
  • £

Cənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub

Cənub bölgəsində təbii fəlakət 7 məktəbə ziyan vurub
29.06.2024 14:04
Cənub bölgəsində təbii fəlakət Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə ziyan vurub.

APA-nın məlumatına görə, son günlər cənub bölgəsində havaların kəskin dəyişməsi, çayların məcrasından çıxması bir sıra fəsadlar törədib.Rinə çayının məcrasından çıxması, Astara rayonunun dağ kəndi olan Rinə kənd sakinlərinə ciddi ziyan vurub. Ara yollar tamamilə dağılıb, çay kənarında olan həyətyani sahələrdə meyvə bağları, arı ailələri məhv olub. Ən acınacaqlı vəziyyət isə Rinə kənd tam orta məktəbinin bir korpusundadır. Sel suları məktəbin içinə daxilib olaraq, sinif otaqlarını, invertarları, sənədləri yararsız hala salıb. Binanın içində 50 sm yaxın palçıq yığılıb.

Lənkəran – Astara Regional Təhsil idarəsinin əməkdaşı Tural Kərimov bildirib ki, artıq, Elm və Təhsil Nazirliyinin Tikinti və Təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görüblər.
 
"Son günlər hava şəraitinin pisləşməsi nəticəsində, Lənkəran – Astara Regional Təhsil idarəsinin tabeliyində fəaliyyət göstərən 7 təhsil müəssisəsinə ziyan dəyib. Belə məktəb binalarından biri də, Astara rayon Rinə kənd tam orta məktəbinə aiddir. Leysan xarakterli yağışlardan sonra, məktəbin daxilinə və sinif otaqlarına sel suları keçib. Nəticədə partalar, stullar, şkaflar yararsız hala düşüb. Elm və Təhsil Nazirliyinin tikinti və təchizat idarəsinin yerli bölməsinin əməkdaşları məktəbdə olub, vəziyyətlə bağlı ilkin təhlükəsizlik tədbirləri görülüb, araşdırmalardan sonra qısa zamanda bu və digər məktəblərlə bağlı müvafiq tədbirlər görüləcək".

Qeyd edək ki, yaxın bir neçə saat ərzində bölgədə qeyri – sabit hava şəraitinin yenidən başlanacağı proqnozlaşdırılır.

www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol