4 gün əvvəl döyülən Yuxarı Öysüzlü kənd sakini xəstəxanada ölüb

İyunun 28-də Tovuz rayonun Yuxarı Öysüzlü kəndi ərazisində heyvanları örüşdən qaytararkən qəbiristanlıq ərazisində kənd sakinlərindən biri ilə mübahisə zamanı döyülən kənd sakini 1958-ci il təvəllüdlü Novruz Hacıyev bu gün ölüb.
Kənd sakini ondan heyvanları ərazidən uzaqlaşdırmağı tələb edib. Nəticədə mübahisə dava ilə yekunlaşıb. Müxtəlif bədən xəsarətləri alan Novruz Hacıyev xəstəxanaya yerləşdirilib.
Həkimlərin tibbi müdaxiləsinə baxmayaraq, 66 yaşlı kişi bu gün xəstəxanda dünyasını dəyişib.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























