• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur - RƏSMİ

Bakıda 24 təhsil müəssisəsində tibb xidməti yoxdur - RƏSMİ
02.07.2024 13:41
Bakıda yerləşən 348 təhsil müəssisəsindən 324-də tibb xidmət təşkil olunub. Bu barədə "Report”un sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.

"Yalnız 24 müəssisədə uşaq sayı və yerləşdiyi ərazi, təhsil müəssisəsində şəraitin olmaması və s. səbəbdən hələ tibb xidməti ilə təmin edilməyib", - sorğuya cavabda bildirilib. 

Təhsil müəssisələrində tibbi xidmətinin təşkili prinsiplərinin hansı formada həyata keçirilməsi məsələsinə gəlincə, bildirilib ki, "Təhsil haqqında” qanuna əsasən dövlət təhsil müəssisəsində ödənişsiz tibbi xidmətin təşkili qaydası Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilən "Təhsil müəssisələrində iaşənin və tibbi xidmətin təşkili Qaydası və Normaları” ilə tənzimlənir.

Bildirilib ki, bu qaydalara əsasən mülkiyyət formasından və tabeliyindən asılı olmayaraq, bütün təhsil müəssisələrində təhsilalanlar TƏBİB tabeliyində fəaliyyət göstərən ərazi və ya tələbə poliklinikaları tərəfindən tibb xidməti ilə təmin edilirlər.

"Müəssisələrdə tibb məntəqələrinin yaradılması isə həmin müəssisələrin səlahiyyətləri çərçivəsindədir. Ambulator tibb xidmətinin təşkili üçün təhsil müəssisəsində yaradılan həkim və ya tibb məntəqəsinə həkimin, eləcə də tibb bacısının birdəfəlik təhkim edilməsi üçün bu müəssisədə təhsil alan uşaq sayı və ərazi üzrə tibb müəssisələrinin ştatları nəzərə alınır. Yoluxucu xəstəliklərə qarşı immunoprofilaktikası və uşaqların icbari dispanserizasiyası üzrə cavabdehlik uşağın hansı təhsil müəssisəsində təhsil almasından asılı olmayaraq məktəb həkim-pediatrı ilə yanaşı ərazi üzrə təhkim olunduğu həkim-pediatrın cavabdehliyindədir”,  -  TƏBİB bildirib. 


www.anews.az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol