• $
  • €
  • ₽
  • ₺
  • £

"Sovetski" tarix olacaqmı? - Reportaj

"Sovetski" tarix olacaqmı? - Reportaj
12.02.2014 16:57
Bakıda kütləvi qalmalaq yetişir. Bəlkə də “yetişib”demək daha düzgündür. Bu dəfə məşhur Sovetski küçəsinin sakinləri ayağa qalxdılar. İndi bu küçə Nərimanov küçəsi adlanır, amma görünür, bu haqda heç kəs heç nə bilmir.Mövzuya keçməzdən əvvəl dəqiqləşdirmək lazımdır ki, həqiqətən, iki il ərzində “Sovetski” ilə yanaşı, onlarla küçələrdəki evlər, dalanlar, döngələr, həmçinin “Sovetski”nin yanındakı küçələr söküləcək. Yerli əhali bilir ki, köhnə küçə adı ilə əslində paytaxtın mərkəzindəki köhnə, amma böyük massiv nəzərdə tutulur.Bakı Şəhər İcra Hakimiyyəti elan edib ki, bu küçədə təxminən 10 min ev və qonşu köhnə evlər dağıdılacaq. Ev sahiblərinə qanuniləşdirilmiş mənzil sahəsinin hər kvadratmetrinə görə min beş yüz manat, sanitariya qovşağı hər kvadrat metinə görə 300 manat, həyətyanı sahənin hər kvadrat metrinə görə isə 700 manat kompensasiya ödəniləcək (eyni qədər avro ilə də).16 fevralda (başqa məlumatlar görə ayın 17-də) bu Bakı rayonunun sakinləri 173 nömrəli məktəbin həyətində mitinqə yığılacaqlar. Sosial şəbəkələrdə təbliğat aparılır – digər köhnə Bakı məhəllələrin sakinlərinin də mitinqə qoşulması xahiş olunur.Problem birmanlı deyil. Bir tərəfdən, Bakı sürətlə genişlənir, dar, çirkli küçələr onun gözəlliyinə xələl gətirir. Avtomobil tıxaclarında boğulan şəhər magistrallarının boşaldılması üçün geniş yollar lazımdır. Bundan başqa bu gün, XXI əsrdir və bakılılar ancaq həyətində rahatlıq tapılan, altında siçovullar qaynaşan, düz qapısının önündə maşınların hərəkət etdiyi və saxladığı birmərtəbəli əyri daxmalarda yaşamalı deyillər.Amma köhnə məhəllə sakinləri getmək istəmirlər, onlara təklif edilən kompensasiya ilə şəhərin mərkəzində ev ala bilməyəcəklərində təkid edirlər, həmçinin kənarda yaşamaq istəmirlər.Sakinlər isə qanuna istinad edirlər. Mülkiyyətlə bağlı qanunların birində qeyd olunur ki, dağıdılmış ev üçün kompensasiyanın ölçüsü iki tərəfin razılığı əsasında təyin edilməlidir. Hakimiyyət isə başqa qanunu əsas göstərir. Həmin qanuna görə, icra hakimiyyəti ev sahibinin razılığı olmadan qəzalı evləri kompensasiya ödəməklə dağıda bilər. Bu rayonda bütün evlərin məkəmə qərarı ilə qəzalı adlandırılacağına isə mənim şübhəm yoxdur. Adətən, elə- belə də olur: əgər ev ən yüksək məbləğdə kompensasiya almaqda inad edirsə, inşaatçı məhkəməyə müraciət edir və binanın qəzalı vəziyyətdə olması haqqında sənəd alır. Sonra ekskavator meydana çıxır, polis bölməsi...Müqəddəs sual: nə etməli? Şəhərin yenilənməsi, yoxsa onun sakinlərinin arzusunun təmin olunması? Hətta əgər siçovulların arasında yaşamaq arzusu absurddursa belə?..P.S. Saytın redaktoru soruşdu ki, 10 min ev haqqında məlumat verməklə səhvə yol vermədim ki? Çox böyük rəqəmdir. Bu da “Sovetski” küçəsindəki binanın 16-cı mərtəbəsindən çəkilmiş massivin şəkili. Yeri gəlmişkən, mən bu küçədə yaşayıram, amma beş mərtəbəli stalinkada, ona görə məni çıxartmayacaqlar. Mənə belə gəlir...Kamal ƏliANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol