• $
  • €
  • ₽
  • ₺
  • £

Yasamal rayonunda Polis Günü qeyd edilib

Yasamal rayonunda Polis Günü qeyd edilib
02.07.2024 16:27
İyulun 2-də Azərbaycan Polisi Günü  münasibətilə Yasamal rayon Polis İdarəsində tədbir keçirilib. Tədbirdən öncə Yasamal Rayon İcra Hakimiyyətinin və Rayon Polis İdarəsinin rəhbər şəxsləri və əməkdaşları Ulu Öndər Heydər Əliyevin Fəxri Xiyabandakı məzarını ziyarət edərək əziz xatirəsini yad etdilər.

Daha sonra tədbir Yasamal rayon Polis İdarəsində davam etdi. Ulu Öndər Heydər Əliyev və şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Rayon Polis İdarəsinin rəisi Mirnemət Mirbabayev iclası açaraq daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun təbrikini çatdırdı.Tədbirdə çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Elşad Həsənov rayon Polis İdarəsinin rəhbərliyini və əməkdaşlarını təbrik etdi. Qeyd olundu ki, 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərarı ilə təsis edilmiş polis orqanları bu 106 il ərzində uzun tarixi bir yol keçib. 90-cı illərin əvvələrində ölkədə xaos və hərc-mərclik baş qaldırdığı bir vaxtda yalnız Ulu Öndərin müdaxiləsi ilə Azərbaycanda sabitlik bərpa olundu və Azərbaycanda qanunun aliliyi təmin edildi. Cəmiyyətdə sabitliyin təmin olunmasında DİN mühüm rol oynadı. Xalqımızın Ümummilli lideri Heydər Əliyevin 1998-ci ildə imzaladığı fərmanla iyulun 2-si Azərbaycan Polisi Günü elan olunmuşdur.

2003-cü ildə cənab İlham Əliyevin Azərbaycan Prezidenti seçilməsi ilə ölkəmiz inkişafının yeni mərhələsinə qədəm qoydu. Polis ictimai-siyasi sabitliyin rəmzinə çevrildi.Bu gün Azərbaycan polisi Azərbaycan dövlətinin mühüm dayagıdır.

Bildirildi ki, 80-ci illərin sonu Qarabağ münaqişəsi təzə başlayanda bizim ordumuz yox idi və erməni terroçularına qarşı ilk sipər olan məhz polis əməkdaşlarımız oldu. Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə yüzlərlə polis əməkdaşı və Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuşdur.Tökülən qan yerdə qalmadı və Azərbaycan dövləti Vətən Müharibəsində Zəfər qazandı. Qarabağ tam azad edildi.

Bu gün Azərbaycan polisi cəmiyyətimizin keşiyinda dayanıb.İctimai təhlükəsizliyin təmin edilməsində polisin rolu əvəzedilməzdir. Bu gün də polis öz qanı, canı bahasına Azərbaycan vətəndaşını müdafiə edir. Ona görə tam əsasla biz bu gün deyə bilərk ki, Azərbaycan polisi Azərbaycan vətəndaşını qoruyur.
Tədbirdə çıxış edən digər natiqlər bildirdilər ki, Azərbaycan polisi yarandığı gündən xalqın və dövlətin mənafeyinə xidmət edir, ictimai asayişin mühafizəsi, sabitliyin qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri peşəkarlıqla yerinə yetirir.

Tədbirin sonunda  rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına İcra Hakimiyyətinin "Fəxri fərmanları” təqdim edildi və xatirə fotosu çəkildı.


www.anews.az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol