• $
  • €
  • ₽
  • ₺
  • £

Payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbul tarixi açıqlanıb

Payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbul tarixi açıqlanıb
05.07.2024 16:27
2024-2025-ci tədris ilinin payız semestri üzrə təhsil tələbə kreditlərinə müraciətlərin qəbuluna iyulun 9-da start veriləcək.

Bu barədə Elm və Təhsil Nazirliyi yanında Təhsil Tələbə Krediti Fondu məlumat yayıb.

Bildirilib ki, tələbələr sözügedən tarixindən başlayaraq portala daxil olaraq təhsil tələbə kreditindən yararlana bilərlər.

Qeyd edilib ki, Azərbaycanda rəsmi olaraq fəaliyyət göstərən dövlət və özəl təhsil müəssisələrində ali təhsil pilləsinin bakalavriat (əsas (baza ali) tibb təhsili) və magistratura (rezidentura), orta ixtisas təhsili pilləsində və peşə təhsili pilləsinin texniki peşə və yüksək texniki peşə təhsili səviyyələrində, normativ təhsil müddətində əyani təhsil alan və əvvəlki semestrin nəticələri üzrə akademik borcu olmayan Azərbaycan vətəndaşları təhsil tələbə kreditinə müraciət edə bilərlər.

Dövlət İmtahan Mərkəzi tərəfindən 2024/2025-ci tədris ili üçün keçirilən müsabiqənin nəticələrinə əsasən ali təhsil pilləsinin magistratura təhsil səviyyəsinə qəbul olunmuş şəxslər portal.edu.az vasitəsilə təhsil müəssisəsində tələbə qeydiyyatı prosesini həyata keçirən zaman paralel olaraq təhsil tələbə kreditinə də müraciət edə biləcəklər

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol