• $
  • €
  • ₽
  • ₺
  • £

Dini radikalizimlə bağlı yeni rəsmi açıqlama

Dini radikalizimlə bağlı yeni rəsmi açıqlama
12.02.2014 11:19
Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması məqsədi ilə görülən işlər barədə açıqlama verilib. Komitədən ANS PRESS-in sorğusuna cavab olaraq bildiriblər ki, məsələ ilə əlaqədar olaraq Dövlət Komitəsi bütün bölgələrdə regional konfranslar keçirib:“Dövlət Komitəsi radikal dini qrupların və qeyri-ənənəvi təriqətlərin zərərli təbliğatının qarşısının alınması, onlara qarşı effektiv mübarizə aparılması, dini maarifçilik işinin düzgün metodlarla təşkili, gücləndirilməsi və genişləndirilməsi, milli-mənəvi dəyərlərin, ölkədəki tolerantlıq mühitinin qorunub-saxlanılması, eləcə də dövlət-din münasibətlərini tənzimləyən milli qanunvericilik bazasının geniş və əhatəli şərhi məqsədilə ötən il bütün bölgələrdə regional konfranslar keçirib.” Komitədən bütün böldələrdə din xadimlərinin iştirakı müzakirələrin keçirildiyi də barədə də məlumat veriblər: “Burada din xadimləri, ilahiyyatçılar, dindarların iştirakı ilə bir sıra məsələlər müzakirə olundu, o cümlədən radikalizmlə mübarizə bu tədbirlərin əsas xətti oldu”. Komitədən bildiriblər ki, ötən ilin sonuncu rübündən başlayaraq Dini Araşdırmalar Mərkəzi ilə birgə istiqamətləndirici təlim kursları təşkil edilir: “Kurslar əvvəlcədən hazırlanmış qrafikə əsasən indiyədək Bakı, Şirvan və Şimal-Qərb bölgələrində keçirilib. Bu günə qədər keçirilən kurslarda 150-dən çox imam və axund iştirak edib”. Məlumatlarda qeyd olunub ki, QMİ-nin iştirakı ilə cəlb olunmuş imam və axudlar üçün təlim kursları daha çox tədris xarakterlidir: “Həmçinin, bu kurslar onlar üçün pozitiv istiqamətdir. Dini maarifçilik işinin kəmiyyət və keyfiyyət baxımından artıq yeni mərhələdə, cəmiyyətin və müasir dövrün tələblərinə uyğun aparılması zəruridir. Cəmiyyətdə maarifçilik işini aparan din xadimlərinin və bu sahədə fəaliyyət göstərən mütəxəssislərin müxtəlif istiqamətli kurslara cəlb olunması bundan sonra da davam etdiriləcəkdir”. ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol