• $
  • €
  • ₽
  • ₺
  • £

Bağça müəllimlərinin sertifikasiya qaydaları təsdiqlənib

Bağça müəllimlərinin sertifikasiya qaydaları təsdiqlənib
08.07.2024 19:21
Bu ay dövlət məktəbəqədər təhsil müəssisələrində çalışan təhsil verənlərin diaqnostik qiymətləndirmə öncəsi sınaq imtahanları keçiriləcək.Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Məktəbəqədər Təhsilin Təşkili şöbəsinin müdiri İlahə Rəsulova APA-ya müsahibəsində deyib.

O bildirib ki, tərbiyəçi müəllimlərin və məktəbəqədər təhsil müəssisələrində çalışan metodistlərin sertifikasiyası ilə bağlı artıq qaydalar təsdiqlənib:
"Amma biz düşündük ki, sertifikasiyadan öncə insanları prosesə hazırlayaq. Diaqnostik qiymətləndirmənin iki məqsədi var. Birinci məqsəd sertifikasiyaya hazırlıqdır, ikinci isə onların təlim ehtiyaclarını aydınlaşdırmaqdır. Bununla yanaşı diaqnostik qiymətləndirmədən əvvəl məktəbəqədər təhsil müəssisələrində çalışanlar üçün könüllü sınaqlar da təşkil olunacaq. İki sınaq olacaq, həmçinin vebinarlar da təşkil ediləcək”.

O əlavə edib ki, artıq diaqnostik qiymətləndirmə ilə bağlı çərçivə sənədi hazırlanıb:
"Sözsüz ki, bu imtahanda Azərbaycan dili, riyaziyyat kimi fənlər deyil, daha çox məktəbəqədər təhsil ilə bağlı metod, kurikkulum kimi aidiyyəti üzrə suallar salınacaq. İstifadə olunan ədəbiyyatlar da çərçivə sənədində qeyd olunub”.

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol