• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxı Rəsədxanasından zəlzələ açıqlaması

Şamaxı Rəsədxanasından zəlzələ açıqlaması
11.02.2014 17:12
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası son vaxtlar Günəşdə baş verən proseslərin Yer səthinə təsiri və ötən gün baş verən zəlzələ ilə əlaqəsinin olub-olmamasına aydınlıq gətirib. Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, dünyanın inkişaf etmiş ölkələrində zəlzələlərin əvvəldən proqnozunu müəyyən etməyə həddindən artıq çox vəsait sərf olunur. Lakin hələlik buna heç kimin nail olmadığını deyən N. Cəlilovun sözlərinə görə, Günəş aktivliyi ilə proqnozlar arasında statistik kollerasiya (asılılıq) müşahidə olunur: “Amma bu asılılıq hansı formadadır, fizikası nədir, bunu bilən yoxdur. Hazırda Günəşdə aktivlik maksimum həddədir, Yer kürəsində də zəlzələlərin artıb. Deməli, Günəşdə aktivlik çoxdursa, zəlzələlərin də sayı artır, azalanda o da azalacaq. Bütün zəlzələlərin statistikasını ümumiləşdirib Günəşin aktivliyi ilə müqayisə edəndə, birbaşa asılılıq olduğu təsdiqlənir. Amma bunun səbəbləri bilinmir. Günəşin yerə birbaşa təsiri olmasa da, dolayısı yolla var. Görünür, Günəş aktivliyi maqnit sahəsini silkələyir, Yerin daxilində baş verən proseslərin dinamikasına təsir edir, sonra bu, artaraq güclənir, yığılan enerji çoxalır, nəticədə təkanlara səbəb olur”. Ayın yerdə olan proseslərə təsirinə gəlincə, N. Cəlilov qeyd edib ki, onun yerə təsiri qabarma və çəkilmə nəticəsində olur. Şöbə müdirinin sözlərinə görə, Ayın da qabarma və çəkilmə hadisəsi ilə zəlzələlər arasındakı asılılıq axtarılır: “Ayın yerə təsiri də istisna olunmur. Qabarma və çəkilmə qüvvələri birbaşa yerin nüvəsində gedən proseslərə, onların sürətinə təsir edə bilər. O da son nəticə etibarilə enerjinin yığılması və sonra da yerin səthinə çıxması nəticəsində zəlzələnin baş verməsi ilə nəticələnə bilər”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol