• $
  • €
  • ₽
  • ₺
  • £

Ədliyyə Nazirliyində yeni təyinat

Ədliyyə Nazirliyində yeni təyinat
12.07.2024 15:16
Ədliyyə nazirinin müvafiq əmri ilə Cahangir Hacıyev Nazirliyin İnsan resursları idarəsinə rəis təyin edilib. Bu barədə Ədliyyə Nazirliyi məlumat verib. 

Cahangir Hacıyev 1978-ci ildə anadan olub. Bakı Dövlət Universitetini hüquqşünaslıq ixtisası üzrə 2000-ci ildə bakalavr, 2002-ci ildə magistr dərəcələrini fərqlənmə diplomu ilə bitirib.

1994-cü ildə əmək fəaliyyətinə başlayan Cahangir Hacıyev müxtəlif illərdə Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında YUNESKO mərkəzinin müdiri, Rəhbər kadrların ixtisasının artırılması fakültəsinin dekan müavini vəzifələrində çalışıb. 2005-2009-cu illərdə Bakı Dövlət Universitetində və Dövlət İdarəçilik Akademiyasında pedaqoji fəaliyyətlə məşğul olub.

2012-ci ildən bu vəzifəyə təyin olunanadək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin Sosial innovasiyalar və strateji araşdırmalar, İnsan resurslarının idarəedilməsi, Elektron sənəd dövriyyəsi şöbələrində müdir müavini vəzifələrində çalışıb.

Azərbaycan Respublikası Prezidentinin 27 dekabr 2018-ci il tarixli Sərəncamı ilə "Tərəqqi”, 10 may 2023-cü il tarixdə isə "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin 10 illiyi” yubiley medalları ilə təltif edilib.





www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol