• $
  • €
  • ₽
  • ₺
  • £

"Yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq

"Yaşıl enerji” sahəsində strateji tərəfdaşlıq haqqında saziş imzalanacaq
12.07.2024 15:51
Azərbaycan, Qazaxıstan və Özbəkistan "yaşıl enerji”nin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında hökumətlərarası saziş imzalamağı planlaşdırır. Bu barədə Qazaxıstan hökumətinə istinadən xəbər verir.


Saziş layihəsində enerji sektorunda, o cümlədən təmiz, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində əməkdaşlığı gücləndirmək üçün üçtərəfli razılıq əldə olunub.

Bundan əlavə, tərəflər bir sıra sahələrdə əməkdaşlığı inkişaf etdirmək niyyətindədirlər. Buraya bərpa olunan enerji mənbələrindən istehsal olunan elektrik enerjisinin ötürülməsi və təchizatı sahəsi, ekoloji cəhətdən təmiz hidrogen və ammonyakın istehsalı, daşınması və ticarəti üzrə layihələri müəyyənləşdirmək daxildir.

Sənəddə, həmçinin tərəflərin Avropa və digər regionlara "təmiz enerji” təchizatını təşkil etmək, yeni texnologiyaların tətbiqi, enerji səmərəliliyinin və enerjiyə qənaətin artırılması üzrə xidmətlərin inkişafı sahəsində əməkdaşlıq niyyətləri öz əksini tapıb.

Sazişin həyata keçirilməsi üçün illik əməkdaşlıq planlarını hazırlayacaq Rəhbər Komitə və İşçi Qrup yaradılacaq.

Saziş qeyri-müəyyən müddətə bağlanacaq.

Qazaxıstan, Azərbaycan və Özbəkistanın energetika nazirləri 2024-cü il mayın 1-də Daşkənd Beynəlxalq İnvestisiya Forumu çərçivəsində üç respublikanın enerji sistemlərinin qarşılıqlı əlaqəsi üzrə Əməkdaşlıq Memorandumu imzalayıblar. Sənəd Memorandum iştirakçıları tərəfindən Azərbaycan, Qazaxıstan və Özbəkistandan texniki və iqtisadi baxımdan ən optimal "yaşıl enerji” ticarətini həyata keçirmək üçün Xəzər dənizinin dibi ilə və digər dövlətlərin ərazisində yüksək gərginlikli kabel çəkilməsi yolu ilə üç ölkənin enerji sistemlərinin birləşdirilməsinin imkanlarının öyrənilməsini nəzərdə tutur.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol