6 ayda narkotik vasitələrin qanunsuz dövrüyəsinə cəhd nə qədər olub? - Statistika

2024-cü ilin altı ayında narkotik vasitələrin qanunsuz dövrüyəsi ilə bağlı 5675 cinayət faktı qeydə alınıb. Bu barədə Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının daimi fəaliyyət göstərən İşçi Qrupu məlumat yayıb.
Belə ki, 1734-ü narkotik vasitələrin qanunsuz satışı, 3 822-si narkotik vasitələrin qanunsuz əldə edilib saxlanılması, 116-sı narkotik tərkibli bitkilərin qanunsuz əkilib becərilməsi, 3-ü isə digər cinayətlərlə bağlı olub.
"Aşkarlanan faktlar üzrə qanunsuz dövriyyədən ümumilikdə müsadirə olunmuş 3 ton 722 kq 642, 725 qr narkotik vasitələrin və psixotrop maddələrin 431 kq 354,395 qr-nı heroin, 2 ton 931 kq 754,672 qr-nı marixuana, 94 kq 096,434 qr-nı tiryək, 27 kq 564,001 qr-nı həşiş, 131 kq 365,203 qr-nı psixotrop maddələr, 106 kq 508,02 qr-nı digər narkotik vasitələr təşkil edib. Həmçinin göstərilən dövr ərzində 13 560 ədəd metadon, 6251 ədəd çətənə kolu, 502,4 qr və 2 ədəd güclü təsir edən və 2 kq 174,5 qr zəhərli maddə qanunsuz dövriyyədən götürülüb", - məlumatda deyilir.
2024-cü ilin yanvar-mayında narkotiklərin qanunsuz dövriyyəsi ilə bağlı cinayət məsuliyyətinə 2 min 934 nəfər cəlb edilib.
2023-cü il 802 qaynar xəttinə narkotiklə bağlı 213 müraciət daxil olub, bunun da 199 fakt üzrə cinayət başlanılıb.
2023-cü il Bakı üzrə ən çox narkoman Yasamada, ən çox narkotik üzrə cinayət faktı isə Binəqədidə qeydə alınıb.
Ötən il narkotiklə bağlı məsuliyyətə cəlb edilən qadınların sayı 245 nəfər olub ki, bu da əvvəlki illə müqayisədə 14 nəfər çoxdur.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























