• $
  • €
  • ₽
  • ₺
  • £

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube”-dan silinib

Erməni ifaçının mənimsədiyi “Qarabağ” mahnısı “Youtube”-dan  silinib
12.07.2024 21:30
Sözləri və musiqisi Azərbaycan bəstəkarı Bəhram Nəsibova məxsus olan, erməni musiqiçi Gor Yepremyan tərəfindən mənimsənən "Qarabağ” ("Anadır arzulara hər zaman Qarabağ”) mahnısı "Youtube” platformasından silinib.Bu barədə Mədəniyyət Nazirliyi və Əqli Mülkiyyət Agentliyinin birgə məlumatında bildirilib.

"Gor Yepremyanın ifa etdiyi "Sirun jan” adlı mahnının "Youtube” platformasından silinməsi ilə bağlı müvafiq tədbirlər həyata keçirilməkdədir. Tədbirlər çərçivəsində agentlik tərəfindən bəstəkar Bəhram Nəsibovun vərəsəsi Adil Nəsibovun "Youtube” administrasiyasına müraciətinin hazırlanmasında hüquqi yardım göstərilib, müraciət və müvafiq sübutedici sənədlər ingilis dilinə tərcümə olunub.

Agentliyin dəstəyi ilə qeyd edilən sənədlərin bəstəkarın vərəsəsinin adından "Youtube” və digər rəqəmsal platformalarla iş üzrə ixtisaslaşmış "Rəqəmli və Audiovizual Yayım Sənayəsi” İctimai Birliyi (RAYS) - https://rays.az/ tərəfindən "Youtube”a göndərilməsində texniki yardım göstərilib.

"Görülən tədbirlərin ilkin nəticəsi olaraq, Gor Yepremyanın rəsmi "Youtube” səhifəsində yerləşdirilmiş "Sirun jan” adlı mahnının video yazısı müəllif hüquqularının pozulması səbəbindən "Youtube” rəhbərliyi tərəfindən silinmişdir (URL: https://www.youtube.com/watch?v=xbFwavNaTHI).

Hazırda "CD BABY” distribütor şirkəti tərəfindən rəqəmsal musiqi platformalarında ("Youtube Music”, "Spotify”, "Apple Music”, "Amazon Music”, "Deezer” və s.) yerləşdirilmiş "Sirun jan” mahnısının digər audio və video yazılarının, hüquq pozuntusuna səbəb olmuş ilkin mənbədən götürülərək törəmə mənbələrdə yerləşdirilmiş nüsxələrinin silinməsi ilə bağlı müvafiq işlər aparılır. Nəticə barədə əlavə məlumat veriləcəkdir”, - məlumatda qeyd edilib.

www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol