Bazar ertəsi bu ərazilərdə qaz olmayacaq

Gələn həftənin bazar ertəsi Qobustan və Quba rayonlarının qaz təchizatında fasilə yaranacaq.Bu barədə "Azəriqaz” İstehsalat Birliyindən məlumat verilib.
"Qobustan 5-6-cı massiv” ölçü qovşağında aparılacaq təmir-quraşdırma işləri ilə əlaqədar iyulun 15-də saat 11:00-dan 13:00-dək "Qobustan” qazpaylayıcı stansiyadan (QPS) qidalanan "Qobustan 5-6-cı massiv” ölçü qovşağından qaz təchizatının dayandırılması planlaşdırılır. Qaz təchizatı dayandırılan müddətdə Qobustan Bağlar yaşayış massivinin və 5,6,7–ci massivlərin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























