Klassik avtomobillərin yürüşünə qeydiyyat başlayır

Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə avqustun 25-də paytaxtda klassik avtomobillərin yürüşü və sərgisi keçiriləcək.
Ənənə halını alan yürüşdə 1984-cü ilədək istehsal olunan avtomobillər iştirak edəcək. Bunun üçün klassik avtomobil sahibləri avqustun 15-nədək AAF-ın elektron ünvanı [email protected] və ya (+99450) 295 01 00 nömrəsinə müraciət etməklə qeydiyyatdan keçə bilər.
Yürüşdən əvvəl Dənizkənarı Milli Parkda klassik avtomobillərin sərgisi təşkil olunacaq. Dənizkənarı Milli Park - Heydər Əliyev Mərkəzi -"Dreamland Golf Club” marşrutu üzrə yürüşdə AAF-da qeydiyyatdan keçən avtomobillərlə yanaşı Heydər Əliyev Mərkəzindəki daimi sərgidə nümayiş olunan bəzi klassik avtomobillər də iştirak edəcək. Müxtəlif illərdə və ölkələrdə istehsal olunan bu avtomobillərin hər biri nəinki müasir nəqliyyat vasitələrindən fərqlənən və nostalji hisslər yaradan görünüşü, həm də maraqlı tarixi ilə diqqəti cəlb edəcək.
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























