• $
  • €
  • ₽
  • ₺
  • £

Yerdə güclü maqnit qasırğası qeydə alınıb

Yerdə güclü maqnit qasırğası qeydə alınıb
11.02.2014 14:28
Günəşdə baş verən alışmalar nəticəsində fevralın 9-da Yerdə kifayət qədər güclü maqnit qasırğası qeydə alınıb.Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Günəş və Günəş-Yer şöbəsinin müdiri Namiq Cəlilov APA-ya açıqlamasında deyib ki, maqnit qasırğası orta gücdə olub və bunu insanlar səhhətlərində hiss ediblər. Onun sözlərinə görə, maqnit qasırğası 5-6 saat çəkib, sonradan nisbətən sakitləşib, indi tamamilə sakitdir: “Maqnit qasırğası fevralın 8-dən 9-na keçən gecə sutkanın başlanğıcından - gecə yarısından başlayıb. Səhərə yaxın artıq bu proses dayanıb. Günəşdə baş verən alışma yerin maqnit sahəsinə zərbə vurur, silkələyir və keçir. Bu proses texniki qəzalara gətirib çıxarmadı. Amma insanlar (ürək çatışmazlığı, təzyiq xəstəlikləri olanlar) bunu hiss ediblər. Sağlam adamlar isə maqnit qasırğasını hiss etməyiblər”. N. Cəlilov qeyd edib ki, bu dəqiqədə günəşdə maqnit ləkələri çoxdur və aktivdir. Bunların da hamısının yerə tərəf yönəldiyini deyən şöbə müdirinin sözlərinə görə, arasıkəsilmədən xırda alışmalar baş versə də, güclü alışma yoxdur: “Ləkələr çoxaldıqca onlar arasında qısaqapanma olur və alışmalar baş verir. Hazırda Günəşdə alışmalar çox olsa da zəifdir. Amma onların geomaqnit effektivliyinin olub-olmaması 3-4 gündən sonra məlum olacaq. Alışmalar zəif olduğu üçün onların maqnit təlatümü yaratmaq ehtimalı azdır”. ANN.Az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol