• $
  • €
  • ₽
  • ₺
  • £

İTV üzr istədi

İTV üzr istədi
15.07.2024 16:30
İctimai Televiziya və Radio Yayımları Şirkəti (İTV) Avropa Çempionatının final oyununun yayımı zamanı yaranan texniki problemə görə tamaşaçılardan üzr istəyib. Bu barədə telekanal rəsmi Facebook hesabında  bildirib. 
 
"Vəziyyətin yaranma səbəbkarı birbaşa İTV olmasa da, problemin aradan qaldırılması üçün tərəfimizdən müvafiq addımlar atılıb. Təəssüf edirik ki, qısa müddət ərzində texniki nasazlığı aradan qaldırmaq mümkün olmayıb. Belə bir mötəbər turnirin yayımında hər bir qüsurun izləyicilərin haqlı narazılıqlarına səbəb olduğunu anlayır və bir daha yaranmış vəziyyətdən narahatlıq yaşamış tamaşaçılarımızdan üzr istəyirik”,  - məlumatda deyilib. 

Avropa Çempionatının  final oyunu iyulun 14-də Bakı vaxtı ilə saat 23.00-da göstərilib. Yayım zamanı səs və görüntü uyğunsuzluğu sosial şəbəkələrdə tənqid edilib.
 
Qarşılaşma birbaşa Almaniyadan şərh etdiyi üçün səs və görüntü arasında təxminən 3-5 saniyə fərq hiss olunub. 
 
N.Təbrizli


www.anews.az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol