Azərbaycanda təbiət möcüzəsi - FOTOLAR

Şəkinin Bideyiz kəndi “Köhnə dəyirman” adlanan hissəsindən keçən su kəmərinin partlaması nəticəsində belə bir mənzərə yaranıb. Ağaclara su sıçramasından yaranan bu mənzərə kənd sakinlərində xoş təəssürat yaradıb.Anspress-in bölgə müxbiri bu barədə məlumat verilən kimi dərhal həmin əraziyə gedib. Yaranan bu gözəl mənzərə görən hər kəsi valeh edir. Ən məşhur rəssamların yarada bilmədiyi əsəri sanki təbiət öz fırçası ilə yaradıb. Kənd sakinləri də, təbiətin bu möcüzəsi qarşısında valeh olublar.ANN.Az Anspress-ə istinadən həmin görüntüləri təqdim edir:ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























