• $
  • €
  • ₽
  • ₺
  • £

Ötən il dünyada uşaqlar qızılca peyvəndinin yalnız 1-ci dozasını vurub - ÜST

Ötən il dünyada uşaqlar qızılca peyvəndinin yalnız 1-ci dozasını vurub - ÜST
16.07.2024 08:12
2023-cü il dünyada uşaqların 83%-i qızılca ilə bağlı yalnız birinci doza peyvəndi vurub. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının hesabatında deyilir.



"2023-cü ildə dünyada uşaqların yalnız 83%-i əsas sağlamlıq xidmətlərinin bir hissəsi kimi qızılca peyvəndinin ilk dozasını alıb, ikinci dozanı alan uşaqların nisbəti isə əvvəlki ildən bir qədər artaraq 74%-ə çatıb. Qızılca xəstəliyinin yayılmasının və ölüm hallarının qarşısının alınması üçün peyvənd zəruri olan göstəricidir”, - açıqlamada deyilir.


Son beş ildə qızılcaya yoluxma hallarının artması dünyadakı körpələrin təxminən dörddə üçünün yaşadığı 103 ölkəni əhatə edib. Aşağı peyvənd əhatəsi (80% və ya daha az) epidemiyaların başlamasında əsas amil olub. Qızılca peyvəndinin yüksək olduğu 91 ölkədə heç bir epidemiya baş verməyib.


ÜST-nin baş direktoru Tedros Adhanom Ghebreyesus bildirib ki, bu problem həll edilə bilər və qızılcaya qarşı peyvənd ucuzdur. ÜST rəhbəri vurğulayıb ki, peyvənd olmayan ölkələrə də bunu çatdırmaq mümkündür.



Dekabrın 25-də Səhiyyə Nazirliyi qızılca ilə bağlı Azərbaycana peyvəndlərin gətirildiyini qeyd edib. Nazirliyinin və TƏbiB-in açıqlamasında 11-40 yaşlı şəxslərin peyvənd olunmasının zəruri olduğunu vurğulanıb. 
 
Səhiyyə Nazirliyinin son statistikasına görə, hazırda Azərbaycanda 284 nəfər qızılcaya yoluxub. 
 
Nazirliyin qızılca ilə bağlı açıqladığı statistikadan sonra ölkədə bir tələbənin və 10 yaxın uşağın qızılcadan ölüm faktı təsdiqlənib. 
 
Noyabrın 30-da ÜST-ün Azərbaycan nümayəndəliyi əhalini penvənd olunmağa çağırıb. 
 
2023-cü ilin on iki ayında Avropa və Mərkəzi Asiyada 30,601 nəfər qızılcaya yoluxub.
 
Ümümdünya Səhiyyə Təşkilatının son statistikasında 2021-ci illə müqayisədə ötən il qlobal miqyasda qızılcaya yoluxma hallarının sayı 18 %, ölüm hallarının sayı isə 43 % artıb.
 
Gülnar Nazimqızı

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol