Altı ayda Bakıda nə qədər cinayət faktı qeydə alınıb? - Rəsmi

2024-cü ilin altı ayında Bakıda 8011 cinayət hadisəsi qeydə alınıb. Bu barədə Baç Prokurorluqdan bildirilib.
Baş verən cinayətlərin 88,6%-nin açılması təmin edilib.
Hesabat dövründə 24 qəsdən adamöldürmə faktı qeydə alınıb.
"124 cinayət işinin ibtidai istintaqı tamamlanmış, onlardan 89 iş baxılması üçün müvafiq məhkəmələrə yönləndirilib. Paytaxtın daxili işlər orqanlarının istintaq qurumları tərəfindən isə hesabat dövründə cəmi 3256 cinayət işinin istintaqı tamamlanaraq, 2570 iş məhkəmələrə göndərilib", -açıqlamada deyilir.
Hesabat dövründə həmçinin fiziki və hüquqi şəxslərə vurulmuş 6 milyon 492 min 425 manat məbləğində maddi ziyanın 3 milyon 527 min 109 manatı və ya 54,3%-nin ödənilməsi təmin edilib.
Bundan əvvəl Daxili İşlər Nazirliyi altı ayın hesabatını açıqlayaraq bildirib ki, 2024-cü ilin altı ayında ölkədə 18 518 cinayət faktı qeydə alınıb.
Gülnar Nazimqızı
www.anews.az
Oxşar xəbərlər
Oxşar xəbərlər

Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib























