• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıda toyda 21 nəfər qidadan zəhərlənib

Şamaxıda toyda 21 nəfər qidadan zəhərlənib
17.07.2024 09:58
Şamaxı rayonunda toyda 21 nəfər qidadan zəhərlənib.

Hadisə rayonun Məlikçobanlı kəndində keçirilən toyda qeydə alınıb.

Toyda qidadan zəhərlənən qonaqlar təcili tibbi yardım avtomobilləri və şəxsi avtomobillərlə Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılaraq həkim nəzarətinə götürülüb.

Xəstəxanadan verilən məlumata əsasən, zəhərlənənlərin vəziyyəti qənaətbəxş hesab olunur və onların bir hissəsi artıq evə buraxılıb.

Qidadan zəhərlənən 21 nəfərdən 10-u qadın, 7-si uşaqdır.

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi hadisə ilə bağlı açıqlama verərək qeyd edib ki, hadisənin səbəblərinin müəyyənləşdirilməsi üçün vətəndaşa məxsus həyətyanı sahədə təşkil olunmuş toy mərasimində istehlak edilən müxtəlif qida məhsullarından nümunələr götürülərək laborator müayinələrə cəlb edilib:

"İlkin ehtimallara əsasən hadisə ev şəraitində hazırlanmış məhsulların istehlakı nəticəsində baş verib. Faktla bağlı araşdırmalar davam etdirilir".

www.anews.az
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol