• $
  • €
  • ₽
  • ₺
  • £

"Dünən zəlzələ özünün maksimal gücünü göstərdi" - Qurban Yetirmişli

"Dünən zəlzələ özünün maksimal gücünü göstərdi" - Qurban Yetirmişli
11.02.2014 11:46

Hazırda respublika ərazisində, o cümlədən dünən baş vermiş zəlzələnin episentrində seysmoloji baxımdan vəziyyət sakitdir.

Bu barədə Trend-ə Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanlar qeydə alınmayıb: "Hazırda sakitlikdir. Zəlzələ yerin 55 km dərinliyində olduğundan müəyyən vaxtdan sonra zəif təkanlar ola bilər. Güclü zəlzələdən sonra adətən afterşoklar olur. Məsələn, Zaqatalada baş verən zəlzələdən sonra yüzlərlə zəif təkanlar oldu. Çünki o, dayaz yerdə baş vermiş zəlzələ idi. Həmin zəlzələ 8 km dərinlikdə baş vermişdi".

Q.Yetirmişli bildirib ki, praktika zəlzəldən sonra təkanların qeydə alınmadığı halların olduğunu da göstərir: "Praktika göstərir ki, zəlzələ baş verdikdən sonra yeni təkanlar da baş verir, vəziyyət sakit də qalır və fon səviyyəsinə düşür. Hesab edirəm ki, yenidən zəlzələ olsa da, dünənki gücdə ola bilməz. Zəlzələ özününün maksimal gücünü dünən göstərib".

Onun sözlərinə görə, dünəndən sonra təkrar təkanların baş verməməsi enerjinin çox toplanmasına səbəb ola bilməz. Çünki ocaqdakı hərəkət tipi qırılıb-düşmədir: "Yəni 55 km dərinlikdə laylar dəstəsi qırılıb, ocaqda hansı prosesin baş verməsini araşdırırıq. Görürsən ki, burada hərəkət tipi yalnız qırılıb-düşmədir. O düşmənin nəticəsində də sakitlikdir. Ola bilər ki, müəyyən vaxtdan sonra - bu, bir neçə gündən sonra da, lap bu gün də ola bilər- layın hansısa qalan hissəsi qırılıb düşsün. Zəif təkanlar da onda ola bilər. Bunun da heç bir qorxusu yoxdur".

Q.Yetirmişli ABŞ mütəxəssisləri tərəfindən aparılmış tədqiqatların nəticələrinə əsasən, dünən baş vermiş zəlzələnin gözlənilən olması ilə bağlı söylənilən fikirləri də əsassız sayıb: "Amerikalılar heç yerdə deməyiblər ki, Bakıda, yaxud Şamaxıda güclü zəlzələ olacaq, 100 minlərlə adam öləcək. Bu barədə hansı mənbənin fikir deməsi dəqiq açıqlanmır. Əgər belə olubsa, niyə zəlzələ Bakıda olmadı, Hacıqabulda oldu? Zəlzələ nəticəsində heç bir dağıntı da olmayıb. Bunlar hamısı əsassız söhbətlərdir. Birincisi, dünyanın heç yerində zəlzələnin proqnozu verilmir. Əgər belədirsə, onda amerikalı öz proqnozunu versin. Çünki Amerika seysmoloji baxımdan ən təhlükəli zonalardandır".

Qeyd edək ki, fevralın 10-da yerli vaxtla saat 16:07-də Saatlıdan 41 km şimal-şərqdə, Hacıqabul ərazisində zəlzələ qeydə alınıb. Zəlzələ hiss olunub. Zəlzələnin maqnitudası 5,70, dərinliyi isə 55 km olub.Zəlzələ 3-5 bal gücündə Azərbaycanın bütün ərazilərində hiss edilib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Cəmiyyət 10:01
Tibetdə baş verən 7,0 bal gücündə zəlzələ nəticəsində 16 nəfər ölüb
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Cəmiyyət 09:47
Quba Olimpiya İdman Kompleksinin direktoru həbs edilib
Bu ərazilərdə işıq olmayacaq
Cəmiyyət 23:35
Bu ərazilərdə işıq olmayacaq
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Cəmiyyət 23:28
Neftçalada 3 yaşlı uşaq traktorun qoşqusunun altında qalaraq ölüb
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Cəmiyyət 23:12
Paytaxtın bu ərazilərində qaz olmayacaq
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Cəmiyyət 22:08
Media və Yayım Şurası Türkiyə mediasında Azərbaycanla bağlı yayılan iddialara münasibət bildirib
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
Cəmiyyət 19:51
Bakıda dördmərtəbəli binanın bir hissəsi çöküb
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Cəmiyyət 19:40
"Naxçıvan Aqroservis"in sədri həbs edilib
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Cəmiyyət 18:09
Bakıda üç marşrutun hərəkəti dəyişdiriləcək
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol